Search
FINCARD_JPG

“FINCA Azerbaijan” müştərilərinə krediti həm də plastik kartlarda təklif edir

“FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatı artıq bütün filiallarınd aplastik kartlarda kredit təklif etməyə başlayıb. Yeni plastik kartlar “FINCARD” adlanır və bu, əvvəlcədən ödəniş edilən (prepaid) yeni innovativ kredit vermə kanalı sayılır. Müştərilər “FINCARD” ilə bank və poçt şöbələrindən nağd pul vəsaiti çıxarda, ticarət və xidmət obyektlərində isə POS-terminallar vasitəsi ilə nağdsız əməliyyatlar həyata keçirə bilərlər.

“FINCARD” içərisində nağd pul vəsaiti olan lokal ödəniş kartıdır və bu yeni məhsul FINCA-nın alternativ kredit vermə kanalının yaradılması istiqamətində mühüm addımlarından biridir.

Daha öncə sınaq müddətində Təşkilatın bir neçə filialında müştərilər “FINCARD” əldə edərək yeni kredit vermə kanalından uğurla istifadə etmişdir. “FINCA Azerbaijan”ın bu xidməti Təşkilatın Azərpoçt və Milli kart ilə əməkdaşlığı çərçivəsində mümkün olmuşdur.

Təşkilatın www.finca.az İnternet ünvanına daxil olaraqvəya *2525 nömrəsinə zəng edərək “FINCARD” ilə bağlı daha ətraflı məlumat əldə etmək mümkündür.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir