photo_89202

“Eurovision 2017″də Azərbaycanı kim təmsil edəcək?

“Eurovision-2017″ Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.
İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabrın 5-də bununla bağlı iclas keçirilib. İclasda Münsiflər Heyəti müsabiqədə Azərbaycanı Diana Hacıyevanın təmsil etməsi barədə qərar qəbul edib.
“Eurovision-2017″ Ukraynada keçiriləcək.
Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 16 saylı orta məktəbini, sonra Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva “Eurovision 2011”-in seçim turlarında iştirak edib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir