Search
deposit

Əmanət yerləşdirmək üçün ən əlverişli BANK

“Azər-Türk Bank” fiziki şəxslərdən manatla qəbul olunan əmanətlər üzrə illik faiz dərəcəsini 2 dəfədən çox artırıb. Məlumata görə, həmçinin əmanət məhsullarını yeniləyən bank sərfəli depozit faizləri ilə yeni “Standart”, “Klassik” və “Premium” əmanət növlərini müştərilərin ixtiyarına verib.

Yeni əmanət növləri üzrə müddət müvafiq olaraq 12, 24 və 36 ay təşkil edir. Manatla qəbul olunan əmanətlərin faiz dərəcələrinin iki dəfədən artıq qaldırılması və yeni əmanət növlərinin yaradılması milli valyutanın yığım vasitəsi kimi daha geniş istifadəsinə, manatın etimadının artırılmasına, əhalinin sosial rifah halının yüksəldilməsinə töhvələr verməyə xidmət edir. Əmanət faizlərinin artırılmasına baxmayaraq “Azər-Türk Bank” manatla verilən bütün növ kreditlər üzrə faiz dərəcələrini sabit saxlayıb.

Bankın bütün növ əmanət sahiblərinə Azər Türk Bank tərəfindən “MasterCard” ödəniş kartı hədiyyə verilir.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Azər-Türk Bank




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir