photo_76079

Dünyanın ən bahalı brendləri açıqlanıb – SİYAHI

“Interbrand Corp.” konsaltinq agentliyi dünyanın ən bahalı brendlərinin reytinqini tərtib edib.
Siyahıda birincilik dəyəri il ərzində 179,1 mlrd. dollardək artan “Apple” şirkətinə verilib. İkinci “Google” (11% – 133,3 mlrd. dollaradək bahalaşıb) seçilib. Liderlərin üçlüyünü 13 il siyahının birincisi olan “Coca-Cola” tamamlayıb (- 7%, 73,1 mlrd. dollar). Bununla belə, hər il reytinqin üçlüyünə eyni brendlər düşə bilir. Onların ancaq sıralanması dəyişir.
Reytinqin ilk onluğuna yüksək texnologiyalar sektorunun 6 nümayəndəsi, o cümlədən “Microsoft” (4-cü yer, dəyəri – 72,8 mlrd. dollar, “İBM” (6-cı yer, 52,5 mlrd.dollar), “Samsung” (7-ci yer, 51,8 mlrd. dollar) və “Amazon” (8-ci yer, 50,3 mlrd. dollar) brendi də daxil olub. Eyni zamanda, onluqda “Toyota” (5-ci) və “Mercedes” (9-cu) kimi avtomobil brendləri, habelə “General Electric” (10-cu) də yer alıb.
Reytinqdə ən sürətli dəyər toplayan brend “Facebook” (+ 48%, 32,6 mlrd.) hesab edilir. O, 15-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, 100 aparıcı dünya brendinin ümumi dəyəri 2015-ci ildə ötən illə müqayisədə 4,7% artaraq, 1,796 trl. dollar təşkil edib. Brendlərin dəyəri hesablanarkən şirkətlərin maliyyə nəticələri, onların istehlakçıların alış-verişi barədə qərarlarına təsiri və gəlirləri təmin etmək qabiliyyəti nəzərə alınır.
Eurasia Diary



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir