503374_488702

Dünyada bir ilk: Tamamilə buzdan olan və ilboyu fəaliyyət göstərən otel

İsveçrədə, Şimal qütbünün 200 km-də tamamilə buzdan olan otelin açılışı olub.
Isehotel 365 adını alan otel, dünyada yeganə tamamilə buzdan yaradılan və fəaliyyət göstərən oteldir. Binada 20 otaq, bar və şəkil qalereyası var.
Dizaynda bütün dünyadan olan ən məşhur rəsam və arxitektorlar çalışıblar.
Qeyd edək ki, ilk belə otel 1989-cu ildə tikilib, lakin  hər yaz o əriyirdi. Isehotel 365 isə mövsümi dəyişikliklərdə əriməyəcək. Çünki  günəş şüalarının  və isti temperaturun konstruksiyaya ziyan vurmaması üçün bina xüsusi işığı əks etdirən panellərlə təchiz olunub. Həmçinin daxildə hər zaman -5 dərəcə temperatur qorunur.
Otelin ildə 50 min ziyarətçi qəbul edəcəyi düşünülür.
FaktXəbər



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir