Search
6

Dünya Sahibkarlıq Forumunun rəhbəri İİTKM-də olub

 

1Dünya Kiçik və Orta Sahibkarlıq Forumunun (World SME Forum) icraçı direktoru Tunc Uyanıkın rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) qonağı olub. Görüş zamanı iki qurum arasındakı əməkdaşlıq, birgə layihələrin gələcək perspektivləri, həmçinin Azərbaycanda artıq yekunlaşmaq üzrə olan Strateji Yol Xəritəsində kiçik və orta sahibkarlığın inkişafına verilən önəm barədə fikir mübadiləsi aparılıb. İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Prezidentin Sərəncamı ilə yaradılan Azərbaycanda istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən İnternet portal haqqında qonaqlara məlumat verib. 3Portalın funksionallığını artırmaq üçün bura iri logistik şirkətlər, ödəniş sistemləri cəlb edilib. Həmçinin dünya miqyasında önəmli yer tutan elektron ticarət portalları ilə əməkdaşlığa dair razılıq da əldə olunub. Vüsal Qasımlı əlavə edib ki, yeni portal xüsusən kiçik və orta sahibkarların işini asanlaşdıracaq. World SME Forumunun icraçı direktoru Tunc Uyanık Azərbaycanda belə bir layihənin reallaşdırılmasının sevindirici olduğunu vurğulayıb. O rəhbərlik etdiyi qurumun Azərbaycan portalı ilə əməkdaşlığa hazır olduğunu bildirib. Çünki World SME Forumun buna bənzər layihəsi var və onun portalla inteqrasiya imkanları böyükdür.

2

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir