Search
dollar-ucuzlasir-373x280

Dollarda olan kreditlər daha problemli olub

Bu ilin may ayının sonuna xarici valyutada olan kredit qoyuluşlarında problemli kreditlərin xüsusi payı 8,6% təşkil edib ki,  bu da milli valyuta olan müvafiq göstəricidən 0,6 faiz bəndi yüksəkdir.

Bu haqda Mərkəzi Bankın yaydığı göstəricilərdən məlum olur.

Qeyd edək ki, aprel ayında bu göstəriciyə görə manatla olan kreditlər üstünlük təşkil edirdi.  Xarici valyutada olan kreditlərin problemli hissəsinin çoxalmasına ilk növbədə xarici valyutada kreditlərin ümumilikdə həcminin 514 mln. manatazalması səbəb olub. Həmçinin burada xarici vayutada olan borcların artmasıda böyük rol oynayıb. Belə ki,  bu tip problemli kreditlər may əyı ərzində 81 mln. manat çoxalıb ki,  bu da problemli kreditlərin həcmindəki ümumi artımın böyük hissəsini təşkil edir.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir