Search
296896_483550

Doktoranturada təhsil alanlara təhsil kreditləri veriləcək

Azərbaycanda doktoranturada təhsil alanlara təhsil kreditləri veriləcək.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli AMEA-nın Reyasət Heyətinin bu gün keçirilən iclasında deyib.
İ.Həbibbəyli qeyd edib ki, bu ildən bakalavr səviyyəsi üzrə təhsil alanlara təhsil kreditlərinin verilməsinə başlanılıb:
“Gələn ildən isə doktoranturada təhsil alanlara da bu kreditlər veriləcək. Həmin kreditləri doktoranturanı bitirənlər 10 ildən sonra ödəyəcəklər. Təhsil Nazirliyi müəyyən edib ki, 1 tələbənin 4 il ərzində təhsil xərcini ödəməsi üçün 20 min dollar, doktorantura üzrə xərclər isə 25-30 min dollar olacaq”.
Trend



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir