“Parex Leasing and Factoring” MMC lizinq xidmətinə fasilə verib.
“Maliyyələşdirmənin dayandırılması təsisçinin qərarıdır və səbəbi barədə açıqlama verə bilmərik. Yəqin ki, nə vaxtsa xidmətimizi bərpa edəcəyik”, – deyə “Parex Leasing and Factoring”dən bildirilib.
Xatırladaq ki, adı çəkilən şirkət Azərbaycanda 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 mln. ABŞ dollarıdır. “Parex Leasing and Factoring” 100% Latviya vətəndaşı olan İqor Osipenkoya məxsusdur.
Report