Search
627644_485703

Dərmanları fərqli qiymətə satanların işi çətinləşəcək

Azərbaycanda dərman vasitələrinin qeydiyyata alınmasından və ya qiymətlərin tənzimlənməsindən əsassız imtina edən vəzifəli şəxslər cərimələnəcəklər.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklikdə öz əksini tapıb.
Yeni dəyişikliyə əsasən, dərman vasitələrinin qeydiyyata alınmasından və ya qiymətlərin tənzimlənməsindən əsassız imtina edilməsinə, qeydiyyata almaq və ya qiymətlərin tənzimlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, habelə qeydiyyata alınmaqda və ya qiymətlərin tənzimlənməsində süründürməçiliyə yol verilməsinə görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə cərimə ediləcəklər.
Dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, idxalına görə (bu əməllər az miqdarda törədildikdə) vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək cərimə ediləcəklər.
Dövlət qeydiyyatından keçmiş dərmanların qiymətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənmədən satışına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək cərimə edilirlər.
Qiymətləri tənzimlənən dərmanların fərqli qiymətlərlə satışına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək cərimə edilirlər.
İXM-də bu əməllərin təkrar törədilməsinə görə də cərimələr müəyyənləşdirilib.
Layihə Milli Məclisin iclasında səsə qoyularaq qəbul edilib.
Trend



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir