Search
570029_486478

Dərman satışı və tibbi xidmətlərlə bağlı reklam aksiyalarına QADAĞA

Azərbaycanda insan orqanlarının transplantasiyası və dərman vasitələrinin reklamı ilə bağlı qaydalar dəyişdirilir.
Milli Məclisin Səhiyyə komitəsinin iclasında “İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqqında” və “Dərman vasitələri haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.
Layihələrə əsasən insan orqan və toxumalarının transplantasiyası, eləcə də dərman vasitələri ilə bağlı reklamlar tibb sahəsində ixtisaslaşmış mətbu nəşrlərdə, eyni zamanda tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə reklam oluna bilər.
“Dərman vasitələri haqqında” qanuna əlavə edilməsi təklif olunan 16-1.4 maddəsinə əsasən həkim resepti olmadan buraxılan dərman vasitələrinin, tibbi təyinatlı texnikanın, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamvericisi reklam istehsalçısına və reklam yayıcısına, onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikatların, dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin, dərman vasitəsindən istifadəyə dair təlimatın, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, mənşə sertifikatının, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surətlərini təqdim etmək lazımdır.
Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır.
Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.
APA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir