Search
free wifi 2

“DəmirBank”ın filiallarında pulsuz Wi-Fi

DəmirBank təklif etdiyi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyətinin və rahatlığının təmin edilməsi məqsədilə daim yeniliklər tətbiq etməkdədir. Bunlardan biri Bankın filiallarında müştərilərə pulsuz Wi-Fi qoşulmaq imkanının yaradılmasıdır. Hazırda müştərilər DəmirBank-ın istənilən Bakı şəhər filialında pulsuz Wi-Fi xidmətindən yararlana bilərlər. Wi-Fi qoşulmaq üçün tələb olunan şifrə Q-matik – elektron növbə sistemindən çıxan qəbzdə qeyd olunur.

Belə ki, qeyd olunan xidmət müştərilərə heç bir zaman itkisi olmadan təcili onlayn əməliyyatları həyata keçirmək, eləcə də gözləmə vaxtının maraqlı keçirilməsinə imkan yaradır.

Hər zaman müxtəlif yeniliklərlə müştərilərini sevindirən DəmirBank qısa zamanda müştərilərin istifadəsinə yeni innovativ xidmətləri təqdim edəcəkdir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149

 http://www.demirbank.az

www.facebook.com/demirbank.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir