Search
Şəkil_3

DəmirBank “Nümunəvi layihə partnyoru” nominasiyasına layiq görüldü

Şəkil _1Avropa İttifaqının maliyyə dəstəyi ilə Polşa Mikromaliyyə Mərkəzinin və Azərbaycan Mikromaliyyə Assossasiyasının 23-24 noyabr 2016-cı il tarixlərində həyata keçirdiyi “Azərbaycan regionlarında qadın mütəxəssislərin hazırlanması və qadın sahibkarların inkişafı” layihəsi çərçivəsində “Azərbaycanda Maliyyə Savadlılığı üzrə Təlimçilərin 1-ci İllik Konfransı” keçirilmişdir. Partnyor təşkilat olaraq sponsorlarından biri olan DəmirBank Azərbaycanın qadın əhalisinin maliyyə savadlılığının artırılmasında 2014 – 2016-cı illər üzrə 3 illik dövrü əhatə edən layihənin həyata keçirilməsində fəal iştirak etmişdir.

Belə ki, ölkəmizin 8 regionunu (Zaqatala, Gəncə, Ağdaş, Göyçay, Quba, Xaçmaz, Şəmkir, Biləsuvar) əhatə edən layihə çərçivəsində 1800-dən artıq qadın mütəxəssislərin hazırlanması və qadın sahibkarların inkişafı üzrə təlimlər keçirilmişdir. DəmirBank da ölkəmizin sosial həyatına müsbət təsir edən bu layihədə həm təlimçilərinin, həm xanım işçi heyətinin, həm də qadın müştərilərinin iştirakını təmin etmək məqsədilə müvafiq dəstək göstərmişdi.Şəkil_2

“Azərbaycan regionlarında qadın mütəxəssislərin hazırlanması və qadın sahibkarların inkişafı” layihəsində partnyor təşkilat olaraq sponsorluq etdiyinə görə DəmirBank xüsusi mükafat – “Nümunəvi layihə partnyoru” nominasiyası üzrə təltif edilmişdir. Eyni zamanda DəmirBankı 3 il müddətində layiqincə təmsil edərək respublika üzrə 20 nəfər maliyyə savadlılığı sahəsində təlimçinin hazırlanmasında, 6 regionda 8 təlim sessiyası üzrə 121 nəfər qadın sahibkarın təlimləndirilməsində fəal işitakına görə DəmirBankın əməkdaşı İradə Mikayılova isə “Maliyyə savadlılığı üzrə innivativ təlimçi” nominasiyası üzrə mükafata layiq görülmüşdür.

Sosial yönümlü bank olaraq DəmirBank gələcəkdə də bu istiqamətdə aparılan işləri davam etdirməyi planlaşdırır.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149

 http://www.demirbank.az

www.facebook.com/demirbank.az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir