Search
3d secure

“Dəmir Bank” kartlarıyla təhlükəsiz internet ödənişləri

Artıq internet ödənişləri çoxlarının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. DəmirBank daim müştərilərinin qayğısına qalır və bu internet ödənişlərin təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün bütün plastik kartlarını 3D Secure xidmətinə qoşub. Bu xidmət online ödənişlərin təhlükəsizliyini daha da artırır və pullarınızı internet fırıldaqçılardan qoruyaraq, alış-veriş prosesini daha xoş və rahat edir.

Kart sahibi üçün bu texnologiyanın istifadəsinin heç bir çətinliyi yoxdur və xidmətin işləmə mexanizmi çox sadədir. İnternet üzərindən ödəniş həyata keçirərkən bütün lazımi rekvizitlər qeyd olunduqdan sonra, müştəri şifrə qeyd etmək üçün xüsusi səhifəyə yönləndirilir. Şifrə avtomatik müştərinin mobil nömrəsinə SMS formasında göndərilir. Həmin şifrəni səhifədəki xüsusi xanaya qeyd edərək ödənişi təsdiq etmək mümkündür. Şifrə bilavasitə ödəniş həyata keçirilən zaman göndərilir və təsdiq üçün yalnız həmin ödəniş üçün və yalnız bir dəfə istifadə oluna bilər. Beləliklə internet üzərindən kart sahibindən xəbərsiz heç bir ödəniş həyata keçirmək mümkün olmur.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

http://www.demirbank.az/?/az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir