785289_484121

Dərman qiymətlərinin tənzimlənməsi qaydalarına düzəlişlər ediləcək

Azərbaycanda dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarına müəyyən düzəlişlər olunacaq.
Bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə deyib.
Nazir müavinin sözlərinə görə, xarici ölkə valyutalarının məzənnəsinin dəyişməsi ilə əlaqədar dərman şirkətlərinin Azərbaycan hökumətinə etdiyi müraciət artıq öz həllini tapıb: “Mərkəzi Banka bununla bağlı müvafiq tapşırıq verilib. Yeni qəbul ediləcək sənədlə qyadalarda müəyyən dəyişikliklər olacaq.
Dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarında müəyyən düzəlişlər olacaq. Hazırda Mərkəzi Bankın həmin günə olan məzənnəsi əsas götürülür. Amma bunun dəyişməsi nəzərdə tutulur və həmin gün üçün valyutanın (dolların) bazardakı real qiyməti əsas götürüləcək”.
Trend



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir