3174e11de173f5bd41d8b7173e0fdb16_XL

“CDB Bank”a əmanət edilən pullar artır

“Caspian Development Bank (CDB)” ASC-yə əmanət edilən pullar artır. Bunun səbəbləri Bankın tarixçəsinin “təmiz”, xidmətlərinin geniş və daha keyfiyyətli olması, müştəri xidmətlərinin yüksək səviyyədə qurulması, texnoloji inkişafa önəm verilməsi və hər bir müştəriyə fərdi yanaşmadır.

Bankın maliyyə hesabatlarına istinadən xəbər verilir ki, 30 Sentyabr 2016-cı il tarixinə  “Caspian Development Bank (CDB)”da fiziki şəxslərin müddətli depozitləri 23 milyon 241 min manata çatmışdır. Ötən ilin anoloji dövründə Bankda fiziki şəxslərin müddətli depozitlər 17 milyon 595 min manat idi.

MALİYYƏ VƏZİYYƏTİ GÜCLƏNİB

Qeyd edək ki, bu ilin 9 ayı ərzində CDB Bankın  əsas maliyyə göstəriciləri artıb. Bank bu ilin 9 ayını 10 milyon 528 min manat xalis mənfəət ilə başa vurub.  

Bu ilin 9 ayında CDB Bankın cəmi gəlirləri 11 milyon 404 min manat, o cümlədən faiz gəlirləri 6 milyon 712 min manat, qeyri-faiz gəlirləri 4 milyon 927 min manat təşkil edib.

Bank cari ilin 9 ayını 5 milyon 897 min manat əməliyyat mənfəəti ilə başa vurub. Həmçinin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 4 milyon 631 min manat əməliyyat mənfəətinə əlavə olunub. Ehtiyatlardan mənfəətə əlavə CDB Bankda gecikmədə olan kreditlərdə vəziyyətin yaxşı istiqamətdə olduğuna işarə edir.

KAPİTALI ARTIB

30 Sentyabr 2016-cı il tarixinə “Caspian Development Bank” 124 milyon 503 min manat cəmi aktivlərə, 54 milyon 846 min manat cəmi öhdəliklərə, 69 milyon 657 min manat cəmi kapitala malik olub. Ötən ilin Sentyabr ayının sonunda Bank 96 milyon 161 min manat cəmi aktivlərə, 45 milyon 571 min manat öhdəliklərə və 50 milyon 590 min manat cəmi kapitala malik idi.

Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir