1

“CDB Bank” və “ASAN Radio”dan möhtəşəm layihə

“ASAN Radio” və “CDB Bank” Qurban bayramını belə qeyd etdi.

CDB Bankın və ASAN Radio Qurban bayramı münasibəti ilə Bakı şəhər 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində xeyriyyə tədbiri keçirib. 270- ə yaxın sakini olan müəssisədə öncə nahar süfrəsi açılıb, daha sonra isə incəsənət nümayəndələrinin iştirakı ilə maraqlı konsert proqramı olub. Baş həkim Rəhnumə Cəfər ova müəssisənin kollektivi və sakinləri adından təşkilatçılara öz təşəkkürünü bildirib. CDB Bankın İctimaiyyətlə Əlaqələr üzrə baş mütəxəssisi Elşən Allahverdiyev bu t ədbirin bank, eləcə də radio rəhbərliyi tərəfindən daim xüsusi sevgiyə ehtiyacı olan insanlara verilən diqqət, qayğı kimi dəyərləndirib: “Belə bir müqəddəs bayramda ki msəsiz, sevgiyə ehtiyacı olan, fiziki qüsurlu insanlarla bayramı qeyd etmək, onlara sevinc bəxş etmək bizim üçün çox xoşdur”. Bu CDB Bankın Asan Radio ilə ilk layihəsi  deyil. Gələcəkdə də ənənəmizə sadiq qalaraq belə xeyriyyə tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, korporativ sosial məsuliyyətə xüsusi önəm verən CDB Bank cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən müxtəlif xeyriyyə tədbirlərinin keçirilməsini da ima diqqət mərkəzində saxlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir