Search
sahibkarmali222yye_420x250_0_420x250_16_700x390

Cəlilabadda sahibkarlara güzəştli kreditlər verilib

Sentyabrın 2-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəlilabadda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, rayonda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində rayonun iqtisadi potensialına uyğun olaraq ixtisaslaşdırılmış “yaşıl market”, südlük istiqamətli müasir heyvandarlıq, intensiv kartofçuluq və üzümçülük təsərrüfatlarının, çiyələk emalı, üzümqurutma və şirniyyat məhsulları istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, ötən dövr ərzində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2938 investisiya layihəsinin maliyyələşdirilməsinə 106 milyon manat güzəştli kreditlər verilib. İqtisadi rayon üzrə verilmiş güzəştli kreditlər hesabına 11600-ə yaxın yeni iş yerinin yaradılması imkanı yaranıb.

Fondun icraçı direktoru bu ilin ötən dövrü ərzində respublika üzrə 1700 sahibkara 99 milyon manat dövlətin güzəştli kreditlərinin verildiyini və bu kreditlər hesabına 5000-dən çox yeni iş yerinin yaradılacağını bildirib, həmçinin Fondun fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib. Şirzad Abdullayev indiyədək Cəlilabad rayonundan olan 604 sahibkarın Fonddan 22.5 milyon manat güzəştli kredit aldığını, bu kreditlər hesabına 3100 yeni iş yerinin yaradıldığını da diqqətə çatdırıb.

İşgüzar forum çərçivəsində Cəlilabad və ətraf rayonlardan olan 56 sahibkara 538 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Forum çərçivəsində həmçinin, Fond vasitəsilə dövlətin güzəştli kreditləri ayrılmış Cəlilabad rayonu ərazisində üzümçülük təsərrüfatına baxış keçirilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir