Search
896947_484818

Bütün sürücülər turistlərin daşınması ilə məşğul ola bilməyəcək

Azərbaycanda turist və ekskursantların daşınmasını həyata keçirən sürücülərlə bağlı yeni tələblər tətbiq ediləcək.
Milli Məclisdən verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə görə, turist və ekskursantların daşınmasını həyata keçirən sürücülərin bilikləri nəzarət orqanı tərəfindən sertifikatlaşdırılmalıdır. Həmin sertifikatı əldə etməmiş daşıyıcı turist və ekskursantların daşınması ilə məşğul ola bilməz.
Turist avtonəqliyyatı vasitələrinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməlidirlər. Onlar həm də avtomobil nəqliyyatı ilə turistlərin və ekskursantların daşımalarını tənzimləyən normativ akrtlar barədə zəruri biliklərə malik olmalıdırlar.
Layihəyə görə, turistlərin və ekskursantların daşınması üçün daşıyıcılar müvafiq icra hakimiyyəti orqanlarının birgə müəyyən etdiyi qaydada akkreditasiyadan keçməli və akkreditasiya kartları ilə təmin olunmalıdırlar.
Avtomobil nəqliyyatı ilə daşıma xidmətləri göstərən şəxs buna görə lisenziya aldıqdan sonra turistləri və ekskursantları daşıma sahəsində xidmət göstərmək üçün nəzarət orqanının nümayəndələrinin iştirakı ilə akkreditasiyadan keçməlidirlər.
Trend



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir