Search
photo_72011

Bütün parollara daxil olmağa imkan verən USB daşıyıcı nümayiş etdirilib

“Enpass” şirkəti kompakt “Enpass Portable” USB daşıyıcı qurğusunu nümayiş etdirib.
Yeni qurğu kompyuterə qoşularaq avtorizasiyadan keçməklə bir neçə saniyə ərzində bütün parollara daxil olmağa imkan verəcək. Əlavə proqram təminatının quraşdırılmasını tələb etməyən həlli inzibatçı hüququ olmadan kompyuterlərdə işə salmaq mümkündür.
“Enpass Portable”dan ödənişli lisenziyanın mövcudluğundan asılı olmayaraq bütün istifadəçilər yararlana biləcək. Hazırda beta test mərhələsində olan qurğudan qeydiyyatdan keçməklə rəsmi təqdimatdan əvvəl sınaqdan keçirmək olar.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir