Search
1466856803146674460813450182_709144382558635_2937063487229233516_n

Bulvar ərazisində açıq havada rəqs məkanı növbəti həftədən fəaliyyətə başlayacaq

Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi əsasında Bakı Bulvarında təşkil edilən açıq havada rəqs məkanı 2 iyul 2016-cı il tarixindən etibarən hər həftəsonu fəaliyyətə başlayacaq. Rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə gec saatlarınadək davam etməsi nəzərdə tutulur. Tədbirlərdə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.

Məlumat üçün bildiririk ki, 17-19 iyun 2016-cı tarixində paytaxtımızda keçirilən “Formula 1” Qran Pri yarışı ilə əlaqədar rəqslərin keçiriləcəyi ərazidə rekonstruksiya işlərinin yekunlaşmaması səbəbindən növbəti həftəyə keçirilmişdir.

Paytaxt sakinləri və şəhərimizin qonaqlarını rəqs məkanına müxtəlif xalqların rəqslərini izləməyə dəvət edirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir