Search
iStock_000018994531XSmall

Bu qurumun rəhbərliyində ciddi dəyişiklik oldu

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilər Şurasının (HŞ) tərkibi dəyişib. İndiyə qədər HŞ-yə rəhbərlik edən “Unibank” ASC-nin Müşahidə Şurasının (MŞ) sədri Eldar Qəribov, müavini, “Unibank”ın İdarə Heyətinin (İH) sədri Faiq Hüseynov, eləcə də HŞ-nin üzvləri Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov, AMB-nin ləğv edilən Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin daxili nəzarət şöbəsinin müdiri, hazırda isə “AGBank”ın Xəzinədarlıq departamentinin direktoru olan İsi Mustafayev, AMB-nin Hüquq departamentinin rəisi Rəna Məlikova artıq bu qurumdakı vəzifələrini icra etməyəcəklər.

Onları Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının üzvü İlqar Muradov, qurumun Strateji Təhlil və risklərin idarəedilməsi İdarəsinin rəisi, AMB-nin Makroiqtisadi tədqiqatlar departamentinin direktoru Şaiq Adıgözəlov, İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdiri Yalçın Əzizov, “Kapitalbank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımov əvəz edəcək.

Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdiri Ziyəddin Allahverdiyev, eləcə də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İH-nın sədri Elmar Məmmədov və MBNP-nin Strateji xidmətlər Departamentinin direktoru vəzifəsini müvəqqəti icra edən Asim Zülfüqarov  isə əvvəlki qaydada HŞ-də təmsil olunurlar.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir