Search
983115_483287

Bu avadanlıqlar gömrük rüsumundan azad edildi – QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.
Dəyişiklik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar və onlara aid ötürücü anten fider sistemlərinin gömrük idxal rüsumundan azad edilməsini nəzərdə tutur.
Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 3 (üç) il müddətində qüvvədədir.
APA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir