photo_77310

Britaniya “Brexit”dən ildə 82 mlrd. dollar itirəcək

Böyük Britaniya “sərt” ssenari ilə Avropa İttifaqından (Aİ) ayrılmaq istəsə, o zaman vergi gəlirlərindən ildə 66 mlrd. funt sterlinq və ya 82 mlrd. ABŞ dolları itirə bilər. “Reuters”-in istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı “The Times” qəzeti B.Britaniya hökumətindəki mənbələrə əsasən verib.
“Sərt” ssenarinin, yəni Aİ ilə iqtisadi əlaqələrin maksimal dərəcədə azaldılması durumunda Britaniyanın ÜDM-i cari qiymətindən 9,5% az olacaq. “Oliver Wyman” konsaltinq şirkətinin hesablamalarına görə, Britaniyanın maliyyə sektoru “Brexit”in “sərt” ssenarisi durumunda ildə 38 mlrd. funt sterlinq və ya 47 mlrd. dollar itirə bilər.
Xatırladaq ki, Britaniya funt sterlinqi dollarla müqayisədə son bir həftədə 4,3% ucuzlaşaraq 1,2310 USD/GBP səviyyəsinə kimi geriləyib. Analitik qrup məzənnənin 1,15 USD/GBP səviyyəsinə qədər azalacağını proqnozlaşdırır. Buna səbəb Britaniyanın uçot dərəcəsini 0%-ə endirməsi, monetar ekspansiyanı artırması və ABŞ-da uçot dərəcəsinin yüksəldilməsi ehtimallarıdır.
Eurasia Diary



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir