Search
bf1f801e-71b3-4668-ab3d-156db07ea748

Böyük Britaniyada “Brexit” sonrası turist bumu başlayıb

Son bir ayda Böyük Britaniyaya gələn xarici turistlərin sayı 18% artıb. Rusiya mətbuatına istinadən xəbər verilir ki, turist bumunun yaşanması bu ölkənin Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı keçirilmiş referendumdan sonraya təsadüf edib.

Turizm bazarının 500 iştirakçısı arasında keçirilmiş sorğu nəticəsində məlum olub ki, funt sterlinqin məzənnəsinin zəifləməsi turizmin inkişafına təkan verib. Britaniyaya gələn xarici turistlərin təxminən 70%-nin Avropa İttifaqı ölkələrinin vətəndaşları olduğu bildirilir.

Bununla belə, turizm bazarının iştirakçıları hesab edir ki, ölkəyə bu cür turist axını qısamüddətli olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir