Search
photo_84254

Bir saatda 5 milyard dollarlıq “online” satış edən sayt

Çində “Alibaba” elektron ticarət saytı dünyanın ən böyük alış-veriş günü kimi qəbul edilən noyabrın 11-də “subaylar günü”nün ilk 7 dəqiqəsində 10 milyard yuan (1,43 milyard dollar), ilk saatında isə 36,2 milyard yuan (təxminən 5 milyard dollar) məbləğində satışa nail olub.
Çin Kommunist Partiyasının rəsmi orqanı olan “Global Times” qəzetinin məlumatına əsasən, ölkənin internet ticarətinin nəhəngi ötən ilin eyni gününün ilk saatındakı 3,9 milyard dollarlıq rekordunu 25 faizlik artımla yeniləyib. Ticarətin böyük əksəriyyəti mobil cihazların satışı ilə bağlı olub.
Qeyd edək ki, Çində internet vasitəsilə ticarətin 84 faizi “Alibaba” saytı üzərindən həyata keçirilir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir