Search
?????????????????????????????????????????????????????????

“Bir neçə aydan sonra biz həmin Şərq-Qərb nəqliyyat dəhlizinin başa çatmasını qeyd edəcəyik” – İlham Əliyev

“Nəqliyyat sahəsində layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan qlobal nəqliyyat qovşağına çevriləcək”.
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda  keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.
Dövlət başçısı deyib ki, Şərq-Qərb nəqliyyat dəhlizi artıq yekunlaşır: “Həmin nəqliyyat dəhlizi Çindən Xəzər dənizi üzərindən, Azərbaycandan keçməklə Avropaya uzanır. Ümid edirəm ki, bir neçə aydan sonra biz həmin layihənin başa çatmasını qeyd edəcəyik. Bu, Asiyadan Avropaya ən qısa nəqliyyat marşrutu olacaq. Təbii ki, biz bu layihədə də bərabər çalışa bilərik. Bil il başqa bir layihənin də icrasına başlanıb. Bu, Hindistandan, Pakistandan, Fars körfəzindən, İrandan, Azərbaycandan, Rusiyadan Şimali Avropaya uzanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir. Bu da bizə imkan verəcək ki, 10 milyon tonlarla yükü öz üzərimizdən nəql edək. Bu da hazırda mövcud olan marşrutlardan ən qısasıdır. Təbii ki, bu, gözəl imkanlar açır. Xəzər dənizi üzərindən keçən nəqliyyat dəhlizində Xorvatiyanın təklif edə biləcəyi özəl bərə gəmiləri istifadə oluna bilər. Biz uzun illərdir ki, bu gəmilərdən istifadə edirik. Bu layihə də davamlı inkişaf və davamlı gəlir mənbəyi olacaq”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda bütün sərmayələr dövlət tərəfindən qorunur: “Azərbaycanda sabitlik hökm sürür. Neft qiymətləri ilə bağlı böhran da yaxşı imkan yaradıb və Azərbaycana sərmayə qoya bilərsiniz. Azərbaycan öz ehtiyatlarına arxalanan, özünü təmin edən, davamlı inkişafı bərqərar edən bir ölkədir. Biz neft qiymətlərini unutmaq əzmindəyik. Mən Azərbaycana daha çox xorvat sərmayələrinin qoyulmasını istərdim. Amma bu, qarşılıqlı maraq, fəaliyyət üzərində qurulan bir prosesdir. Sərmayələr, şirkətlər iqtisadi əməkdaşlığımızın aparıcı qüvvəsi olmalıdır.  Ümid edirəm ki, biznes dairələrimizin əlaqələri də gözəl siyasi əlaqələrimizə uyğun formada inkişaf edəcək”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir