Search
856164_486548

Bazardan gələn siqnallar dolları bahalaşdırır

Dolların yapon yeninə qarşı məzənnəsi təxminən 3 aylıq maksimum səviyyəsində qərarlaşıb. Buna səbəb ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin və FED-in uçot dərəcəsini artırması ilə bağlı ehtimalların artım səviyyəsinin dolları möhkəmləndirməsidir.
Hazırda 1 dollar 104,48 yen təşkil edir.
Avronun məzənnəsi isə 0,1% zəifləyərək 1,0902 dollar səviyyəsində qərarlaşıb.
Funt sterlinq 0,2% zəifləyərək 1,2218 dollara enib.
Dolların indeksi 0,06% geriləyərək 98,688 səviyyəsinə çatıb. Bu rəqəm isə çərşənbə axşamı dolların 9 aylıq maksimuma çatdığı 99,119 səviyyəsindən bir qədər aşağıdır.
FED-in dekabr ayında keçirəcəyi toplantıda uçot dərəcəsini artırması ehtimalı 74%-dir.
APA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir