vtb_genclik_311016_01

“Bank VTB”nin plastik kart istifadəçilərinə 50%-dək endirim təklif olunur

VTB (Azərbaycan)-ın plastik kart istifadəçiləri bir sıra xidmət obyektlərində ödəniş etdikdə əhəmiyyətli endirim qazanacaq. Ticarət və xidmət müəssisələrinin siyahısına paytaxtdakı məşhur restoran, mağaza, turizm agentlikləri və özəl klinikalar daxildir.

Belə ki, VTB (Azərbaycan)-ın plastik kart sahibləri Gömrük Hospitalına müraciət etdikdə 50%, Mediland Hospitalda -35%-dək, Turk-Americanda isə 15% endirim əldə edəcək. Tonqal və Cosy  cafe and lounge restoranlarında müvafiq olaraq 10% və 20%  güzəştdən istifadə etmək mümkündür; 20%-dək endirim Dream MT Travel, Euro Fly Travel və Premium Travel Group turizm şirkətlərində təklif olunur. Gallery mağazalarında, eləcə də Gold Platinum kart istifadəçiləri üçün Choco Bon mağazasında alış-veriş zamanı 10%-lik endirim nəzərdə tutulub.

Bu güzəştlərdən yararlanmaq üçün plastik kart ilə nağdsız ödəniş etmək vacib deyil. Ticarət və xidmət müəssisəsində VTB (Azərbaycan) kartını göstərmək kifayət edir.

Endirimlər bütün kart sahiblərinə, həmçinin bank VTB (Azərbaycan)-ın əmək haqqı layihəsinin iştirakçılarına da aiddir. Bank VTB (Azərbaycan)-ın əmək haqqı layihəsi maaş, eləcə də təqaüd və digər daimi və birdəfəlik gəlirlərin şirkət əməkdaşlarının hesabına asan və sürətli köçürmə üsulunu özündə əks etdirir.

Скидки до 50% предоставляются держателям пластиковых карт банка ВТБ (Азербайджан)

Владельцы пластиковых карт ВТБ (Азербайджан) при оплате счетов в ряде объектов сервиса получат значительные скидки. В список торгово-сервисных предприятий входят известные в столице рестораны, магазины, туристические агентства и частные клиники.

Так, держатели пластиковых карт ВТБ (Азербайджан) при обращении в клинику Gömrük hospital получат 50% скидку, Mediland Hospital – до 35%, Turk-American – 15%. В ресторанах Tonqal и Cosy  cafe and lounge можно воспользоваться дисконтом в размере 10% и 20% соответственно; скидка до 20% предлагается в туристических компаниях – Dream MT Travel, Euro Fly Travel и Premium Travel Group. Также 10%-ная скидка предоставляется при покупках в магазинах Gallery и для обладателей Gold Platinum карты – в магазине Choco Bon.

Для получения скидки осуществление безналичной оплаты пластиковой карточкой не считается обязательным, достаточно предъявить свою карту в торгово-сервисном предприятии.

Скидки касаются держателей всех карт, в том числе и участников зарплатного проекта банка ВТБ (Азербайджан). Зарплатный проект банка ВТБ (Азербайджан) представляет собой наиболее удобный и быстрый способ перечисления заработной платы, пенсии, а также других постоянных и разовых доходов сотрудников компании на их счета.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir