9888601c68738bb011c4f3e1244626fc

Bank VTB paytaxtda beş yeni bankomat istifadəyə verib

Bank VTB (Azərbaycan) Bakı şəhərinin ən sıx nöqtələrində 5 yeni bankomat istifadəyə verib. Bankomatlar bankın filiallarından kənarda quraşdırılıb ki, bu da bankın müştərilər üçün ən rahat və əlverişli yerlərdə bank xidməti göstərilməsi üzrə yeni strategiyasının tərkib hissəsidir.

Bankın kart sahibləri yeni ATM xidmətlərindən aşağıdakı məntəqələrdə istifadə edə bilər: 28 Mall(“28 May” metro stansiyasının çıxışı), Park Bulvar (Dənizkənarı bulvar, “Sahil” metro stansiyasının çıxışı), Metropark (“N. Nərimanov” metrostansiyası yanında) ticarət və əyləncə mərkəzlərində, eləcə də “Xətai” metrosunun çıxışında və Bakı Beynəlxalq avtovağzalı (Sumqayıt şossesi) ərazisində.

24/7 prinsipi ilə gün ərzində fasiləsiz çalışan bankomatlarda müştərilər nağldaşdırma, hesabdan çıxarışın alınması, 3D Secure xidməti üçün PİN-kodun alınması, kartdan karta pul vəsaitlərinin köçürülməsi (Card to Card xidməti), eləcə də kartı olmayan şəxsə öz kartından pulun köçürülməsi (Cash by Code) kimi xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilər.

Bankomat şəbəkəsinin genişlənməsi bankın kart biznesinin dinamik inkişafı və VTB (Azərbaycan)-ın kart sahiblərinin sayının artımı ilə əlaqədardır.

“Bankımızın strateji inkişaf istiqamətlərindən biri əmək haqqı üzrə müştərilərin sayının artırılmasıdır. Xidmət keyfiyyətinin yaxşılaşdırılması və müştərilərin vaxtına qənaət etmək məqsədi ilə biz, gələcəkdə də bankomat şəbəkəsini artırmaq və onları ən rahat yerlərdə quraşdırmaq niyyətindəyik” – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

Банк ВТБ (Азербайджан) установил пять новых банкоматов в столице

БанкВТБ (Азербайджан) установил пять новых банкоматов (ATM) в популярных среди жителей Баку местах. Банкоматы размещенывне филиалов банка, что является частью новой стратегии ВТБ (Азербайджан)по обслуживанию клиентов в самых комфортных для них местах.

Теперь владельцы пластиковых карточек банка могут воспользоваться услугами ATM в следующих точках: в торгово-развлекательных центрах 28 Mall (выход из метро «28 Мая»), Park Bulvar (Приморский бульвар, недалеко от станции метро «Сахиль»), Metropark (рядом со станцией метро «Н.Нариманов»), а также у выхода из метро «Хатаи» и на территории Бакинского международногоавтовокзала (Сумгаитское шоссе).

В банкоматах, работающих круглосуточно по принципу 24/7, клиенты банка смогут осуществить такие операции, как снятие наличных, получение выписки со счета, получение PIN-кода для услуги 3D Secure, перевод денег с одной карточки на другую (услуга CardtoCard), а также перевести деньги со своей карточки лицу, не имеющему карту (CashbyCode).

Динамичное расширение сети банкоматов связано с развитием карточного бизнеса банка и ростом числа держателей банковских карточек ВТБ (Азербайджан).

Председатель правления ВТБ (Азербайджан) Юрий Дмитриевич Яковлев заявил: «Одним из стратегических направлений развития нашего банка является увеличение количества зарплатных клиентов. Для повышения качества обслуживания и экономии времени наших клиентов мы намерены и в дальнейшем расширять сеть банкоматов и размещать их в самых удобных местах».

ОАО Банк ВТБ (Азербайджан) является дочерним банком Банк ВТБ (ПАО). Акционеры ОАО Банк ВТБ (Азербайджан): Банк ВТБ (ПАО) и ООО AtaHolding. ОАО Банк ВТБ (Азербайджан) оказывает услуги корпоративным и частным клиентам.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir