Search
Ildirim Q

Bank sektorunda durğunluq davam edəcək

Ölkənin bank sektorunda 2015 ci ilin mart ayından durğunluq  yaşanır. Bir sıra bankların öz filiallarını bağlamağı qərarlaşdırıblar. Bəziləri isə filalları birləşdirir. Səbəb əvvəllər filiallarla daha çox kreditlərlə bağlı xidmətin göstərilməsi, bunun isə indi məhdudlaşdırılmasıdır.

Filialların bağlanmasına zərurət əsasən cari ilin fevral ayında baş verən devalivasiya oldu. Devalivasiyadan sonra xarici valyuta ilə (ABŞ dolları) ilə kredit verən Banklarda kifayət qədər problemli kreditlər yarandı,vətəndaşlara verilən kreditlərin aylıq ödənişlərində devalivasiya nəticəsində artımlar oldu, amma əksər vətəndaşlar əvvəlki qaydada (əvvəlki qrafiklə) ödəniş apardılar, Bu da gecikmələrin yaranmasına səbəb oldu. Bankların başları problemlərinə qarışdı, Sonrakı dövlərdə də  vətəndaşlarda devalivasiya xofu yarandı və xarici valyutaya (ABŞ dollarına) tələbat azaldı, buda xarici valyuta ilə əməliyyat aparan Bankların kredit portfeli azaltdı, Eyni zamanda milli valyuta ilə əməliyat aparan Banklarda bu durumda daha ehtiyyatlı addımlar atmağa başladılır.məhsul çeşidini azaltdılar daha az məbləğdə kreditlər verməyə başladılar.

Bir qayda olaraq banklar öz filiallarını müştərilərin sayının daha çox və təklif olunan xidmətlərə tələbatın yüksək olduğu bölgələrdə açırlar. Məqsəd xidmətlərə müştərilərilərin əlçatanlığını artırmaqdır. Bu isə öz növbəsində bankların gəlirlərinin azalmasına səbəb oldu. Artıq həmin filialların saxlanması bank üçün əlavə xərcə çevrilib. Nəticədə banklar öz fəaliyyətində struktur dəyişikliyi həyata keçirməyə başlayıblar.  hesab edirəm ki, banklar öz xərclərinə qənaət etmək məqsədilə öz filiallarının sayını azaltmaqla yanaşı, həm də öz işçilərinin bir hissəsini ixtisar etmək məcbüriyyətində qalacaqlar.

Çünki indiki vəziyyətlə müqaisədə  əvvələr  banklar istənilən qədər kredit mütəxəssisi götürürdü. Bu işin mahiyyəti ondan ibarət idi ki, işə gəlmisənsə kredit götürəcək müştəri tapmalısan. Çərçivə daraldıqca bank öz işçilərinin də sayını azaldacaq.

Qeyd etdiyimiz situasiya xüsüsi ilə  istehlak kreditlərinə üstünlük verən  banklara çətinlik törətdi, bankların gəlirlərinin azalmasına gətirib çıxartdı Bu gün araşdırma onu göstərir ki, müştərilərin ən azı yarısı öz gəlirlərini sübut etmək imkanına malik deyil, insanlar qeyri-rəsmi yerlərdə işləyir və gəlirini sübut edə bilmir. Bəzilərinin rəsmi maaşı o qədər azdır ki, bank həmin müştəriyə istədiyi krediti verməz. Bütün bu amilləri nəzərə alsaq belə nəticəyə gələrik ki, müştəri kontingenti ən azı iki dəfəyə yaxın azalmışdır, müştəri sayının azalması avtomatik olaraq bankların müştərilərinin azalması deməkdir. Deməli, az müştəri uğrunda sərt rəqabət gedəcək.

Uyğun müştəri olmaması səbəbindən bank kreditlərinə tələbat azalacaq. Bu da bank gəlirlərini azaldacaq. Gəlir azalanda bankın iki yolu var, biri alternativ gəlir əldə etmək üçün yol axtarmaqdır. Bank öz xidmətlərinin çeşidini artırmalıdır. Sonra istehlak kreditləşməsindən digər sahələrə üz tutmalıdır, o cümlədən biznes kreditləşməsinə üz tutmalıdır. Banklar biznes kreditləşməsinə getməyə tələsmirlər. İri banklar ən yaxşı halda oraya girə bilər, kiçik banklar buna hazır deyillər. Demək kənar gəlir imkanları məhdudlaşır. Burada təbii ki, ikinci məsələ ortaya çıxır – xərclərin azaldılması. Bank gəlirlərinin azalmasını kompensasiya etmək üçün xərclərini azaltmalıdır. Xərclər azalanda bir tərəfdən ixtisarlar, o cümlədən filiallar bağlanması real olacaq. Artıq istehlak krediti vermək üçün götürülən işçilərin ixtisarı məsələsi gündəmə gəlir. Filiallar əksər hallarda onsuz da zərərlə işləyirdi, çünki verilən kreditlərin əsas hissəsi Bakı və Bakı ətrafı regionun payına düşür. Regionlarda isə kredit satışının həcmi aşağıdır. Regionlar onsuz da zərərlə işləyirdi, həmin filialların saxlanması sərf etmirdi. Ona görə də bu vəziyyət banklara əlavə stimul verəcək ki, banklar filialların bağlanması üzərində düşünsün. Hazırda ölkədə 43 bankın 700 filialı, 148 şöbəsi var. Onlardan 4 bankın ümumiyyətlə filial yoxdur. Filiallar əsasən paytaxt ətrafında cəmləşib. Məncə, filialların ixtisarı ilk növbədə bölgələrdə yox, paytaxtdan başlayacaq. Sonrakı mərhələdə banklar bölgələrə də keçə bilərlər.

Digər tərəfdən, bu addımlar əmanət bazarına da təsir göstərəcək. İstehlak krediti verməyə müştəri tapmayan banklar əmanət faizlərini aşağı salmalı olacaq.

İqtisadçı ekspert – İldırım Qurbanov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir