Search
bank_respublika_191212-439x280

“Bank Respublika” qiymətli kağızlar bazarını araşdırır

“Bank Respublika” ASC Azərbaycanın qiymətli kağızlar bazarının imkanlarını və perspektivlərini araşdırır. Bu barədə Bankdan bildirilib.

“Bankın təsis etdiyi “Respublika İnvest” MMC-nin fəaliyyəti bir müddət əvvəl dayandırılıb. Hal-hazırda kapital bazarında fəaliyyətin bərpa edilməsi imkanları və perspektivləri təhlil və tədqiq edilir” – deyə “Bank Respublika”dan qeyd edilib.

“Bank Respublika” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 37 460 985,1 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2,45 manat olan 15 290 198 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i yerli fiziki və hüquqi şəxslərə, 16,7%-i Almaniyanın “DEG” investisiya şirkətinə, 8,3%-i isə “Sparkassen International Development Trust” şirkətinə məxsusdur.

Bankın səhmdarlarının iyulun 15-də keçirilmiş növbədənkənar yığıncağında nizamnamə kapitalının 53,39% və yaxud 20 mln. manat artırılaraq 57 460 985,1 manata çatdırılması barədə qərar qəbul edilib.

Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir