Search
c85817b072abf77c3fb5596e1005bd92_XL

“Bank of Baku” bu xidmətini pulsuz etdi!

Bank of Baku, fiziki şəxslərlə yanaşı, internet bankçılıq xidmətinə yeni qoşulmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar üçün də xidmətdən istifadəni PULSUZ etdi.

Belə ki, 01 sentyabr – 30 dekabr 2016-cı il tarixləri arasında keçirilən kampaniya çərçivəsində, internet bankçılığa qoşulmaq üçün Banka müraciət edəcək korporativ müştərilər illik xidmət haqqından azad olunmaqla xidmətdən istifadəni aktiv edə bilərlər.

Həm hüquqi, həm də fiziki şəxslər İnternet Bankçılıq xidmətinə aşağıdakı 2 üsul vasitəsilə qoşula bilərlər:

– Bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, əməkdaşlıq müqaviləsini imzalamaqla;

– 145 Məlumat Mərkəzinə zəng edərək, identifikasiya üçün tələb olunan məlumatları – soyad, ad və ata adı, Bankda qeydiyyata alınan mobil nömrə, Şəxsiyyət vəsiqəsinin PIN kodu və kart və ya hər hansı hesab nömrəsini qeyd etməklə xidmətə qoşulmaq olar.

Bəs İnternet Bankçılıq xidmətindən istifadə korporativ müştərilərə hansı əsas üstünlükləri qazandırır:

-Olduğu məkandan asılı olmayaraq 7/24 rejimində hesablara nəzarət edilməsi;

– Asan imza təsdiqi ilə bankdaxili və bankxarici pul köçürmələrinin heç bir limit olmadan daha sərfəli şərtlərlə həyata keçirilməsi – Bank of Baku-da olan öz şəxsi hesabları və ya digər şəxslərin hesabına köçürmələr pulsuz, ölkədaxili başqa banklarda olan şəxsi və ya digər şəxslərin hesabına köçürmələr isə offlayn rejimlə müqayisədə 50% daha ucuz;

– Bank xidmətlərindən növbə gözləmədən, əlavə vaxt itirmədən günün istənilən saatı faydalanmaq imkanı;

– Konvertasiya əməliyyatlarının icrası;

– Hesablar üzrə əməliyyatların və pul dövriyəsi tarixçəsinin izlənilməsi, kartdan-karta pul köçürmələrinin edilməsi, əmanət məbləğinin artırılması, yeni kredit sifarişinin verilməsi və s.

Korporativ müştərilərin istək və tələblərini nəzərə alaraq xidmət və məhsullarını daim yeniləyən Bank of Baku-nun sahibkarlar və hüquqi şəxslər üçün geniş çeşiddə təqdim etdiyi bu və digər korporativ bankçılıq xidmətləri haqqında daha ətraflı məlumatla bulinkdən tanış ola bilərsiniz.

Click to enlarge image bob-internett.jpg



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir