Search
avtomobil9291

Bank avtomobillərinin İnternetdə satışına başlanılıb

KİA Optima, Hyundai Sonata, Hyundai Accent, Chevrolet Aveo,  Dodge Durango və digər model avtomobillər…

Devalvasiyadan sonra bankların kredit borcunu ödəyə bilməyənlərdən müsadirə etdikləri avtomobillər İnternet üzərindən satışa çıxardılıb. Facebook-da “Bank-Avtomobilləri” adlı səhifə vasitəsilə onlarla avtomobillər satışa qoyulub.

Avtomobillər yalnız nağd qiymətə satılır.

Adı çəkilən səhifədən 2012-nin Accent-ini 10200 manata, 2011-in Sonata-sını 15 200 manata, 2012-nin Hyundai İX 35-ni 15500 manata, 2012-nin Aveo-sunu 8800 manata, 2012-nin  Rio-sunu 9800 manata və s. əldə edə bilərsiniz.

Səhifəyə yaxın günlərdə daha çox sayda avtomobillərin çıxardılacağı bildirilir.

marja.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir