Search
1476518569_990

Bakıda ixtisaslaşdırılmış marketlər açılacaq

İlin sonuna kimi Bakıda daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış iri həcmli “yaşıl marketlər” açılacaq.
Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.
“İlin sonuna qədər Bakıda 3 iri həcmli “yaşıl marketlər”in açılışı həyata keçiriləcək. Bu, bir vasitədir. Təkcə “yaşıl bazar” deyil, eyni zamanda bazara çıxış imkanlarının artırılması üçün digər vasitələrdən də istifadə olunur. Fermerlər üçün yarmarkaların təşkili həyata keçirirlir. Bu istiqamətdə artıq müvafiq addımlar atılıb. Bu, təkcə Kənd Təsərrüfatı Nazirliyi deyil, İqtisadiyyat Nazirliyi tərəfindən də birgə tədbirlər çərşivəsində həyata keçirilir. Artıq ayrı-ayrı bölgələrdə “Fermer evləri”nin açılışı həyata keçirilir”, – deyə, S. Talıbov qeyd edib.
Nazir müavini bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi respublikanın rayonlarında da bütövlükdə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkil edilməsi istiqamətində xüsusi qərar layihəsi hazırlayaraq hökumətə təklif edib: “Bu istiqamətdə bütövlükdə hər bir yerli icra hakimiyyəti orqanları tərəfindən bölgələrdə mütəmadi fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili həyata keçiriləcək”.
Report



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir