410600_485409

Bakıda dönər və qril də bahalaşdı

Bahalaşmaya səbəb istehlak bazarında məhsulların qiymətinin artmasıdır. Xüsusən dönər, pirojki və qrilin bahalaşması ilə bağlı narazılıqların olduğunu bildirən sahibkarlar bu qida məhsullarının qiymətinin toyuq və mal ətinin qiymətindən asılı olduğunu bildirirlər. Bahalaşmanın davam edəcəyi istisna edilmir.
5 manata olan qril hazırda 6 manat olub, dönərin qiyməti də artaraq 1.50-2 manat arasında dəyişib.
Quşçuluq fabrikləri və fermerlər isə toyuq və mal ətinin bahalaşmasını heyvan yemlərinin, kommunal xidmətlərin bahalaşması və digər xərclərin artması ilə əlaqələndirirlər.
bizimyol



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir