photo_80123

Bakı, İran və Azərbaycana investisiya yatırımı imkanlarının reallaşacağı məkan kimi – Foto

İran və Azərbaycanda investisiya yatırımı imkanlarının tanıdılması üçün işgüzar konfransın keçirilməsi nəzərdə tutulub.
İranda investisiya yatırımı imkanlarının tanıdılması üçün Bakıda keçiriləcəyi planlaşdırılan konfrans, Azərbaycan və İranlı investorların iştirakı ilə həmin kofransda ixtisaslaşmış panellərdə müzakirə ediləcək.
Gürcüstan beynəlxalq elmlər akademiyasının müdiri olan Fərzad Qasımzadənin bildirdiyinə görə bu konfransda hər iki ölkənin dövlət qurumları və özəl sketorun təmsilçiləri olan şirkətlər iştirak etmək üçün müraciət ediblər.
İranın nüvə müzakirələrini uğurla başa vurmasından sonra İranın digər ölkələr və xüsusi ilə də region ölkələrlə münasibətlərinin yaxşılaşdırılmasına diqqət çəkən Qasımzadə dedi: İran islam respublikası ilə Azərbaycan respublikası arasındakı əlaqələr hər iki ölkə başçısının son Bakı görüşündən sonra daha da genişlənmiş, rəsmi Bakı ilə Tehran arasında turizm, bitki mühafizəsi və bitki karantini, standartlaşdırma, metrologiya və patent, elektron təhlükəsizliyi, şimal- cənub beynəlxalq dəniz nəqliyyatının reallaşdırılması, maliyyə və bank sahəsi üzrə memorondumlar imzalanıb.
İranda investisiya yatırımı imkanlarının tanıdılması istiqamətində keçirilən konfransın katibi əlavə etdi: Hər iki ölkə arasında əldə edilən razılaşmaların həyata keçməsi və hər iki ölkənin investorlarının bir- birini daha yaxından tanıması məqsədi ilə keçirilən “İranda investisiya yatırımı imkanlarının tandılması” konfransı, “İranın texniki və iqtisadi yardımları və investisiya yatırımı təşkilatı”, “Azərbaycanın ixrac və investisiya yatırımı üzrə inkişaf fondu”, xarici işlər nazirliyi və “İranın Azərbaycandakı səfirliyi”- nin dəstəyi və habelə Gürcüstan beynəlxalq elmlər akademiyasının təşkilatçılığı ilə baş tutacaq.
Qasımzadə əlavə etdi: Bu konfrans, sənayenin müxtəlif, enerji, neft- qaz, neft- kimya, tikinti, kənd təsərrüfatı, turizm, bank və sığorta, lizinq və s. kimi sahələri əhatə etməklə qeyd edilən sahələrlə hər iki tərəfin investorlarının yaxından tanış olmasına şərait yaradacaq.
Enerji, neft- qaz, neft- kimya, tikinti, kənd təsərrüfatı, turizm, bank və sığorta, lizinq və s. sahələr üzrə panellərin təşkil ediləcəyinə diqqət çəkən Gürcüstan beynəlxalq elmlər akademiyasının müdiri olan Fərzad Qasımzadə bildirdi: Konfransın keçiriləcəyi 2 gün müddətində hər iki tərəfi təmsil edən investorlar və şirkət sahibləri “ biznes üçün biznes (B2B)” maraqları çərçivəsində ixtisaslaşmış iclas və görüşlərdə bir- birinin imkanları ilə yaxından tanış ola bilmək fürsəti əldə edəcəklər.
Doktor Qasımzadə deyib: Tərəflər arasında əməkdaşlıq memerondormlarının imzalanması üçün təşkilat komitəsi olaraq hazırlıqlarımızı başa çatdırmışıq və memorondum imzalanacağı təqdirdə təşkilat komitəsi olaraq üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik.
Qeyd etmək lazımdır ki, İran və Azərbaycan investorlarının iştirak edəcəyi konfrans cari ilin 10-11 noyabr tarixləri arasında Bakıda Hilton oteldə keçiriləcək.
Maraqlananlar əlavə məlumat əldə etmək üçün konfransın aşağıdakı ünvanda yerləşən katibliyinə və qeyd edilən nömrələr və sayta müraciət edə bilərlər:
1. İran-Tehran:
– Vəliəsr meydanı, Keşavərz bulvarı, Şimalı Fələstinin başlanğıcı,  İrfan binası 441, 2 – ci mərtəbə, mənzil 9
Telefon nömrələri: 70 62 94 88 21 98+/ +71 62 94 88 21 98
2. Azərbaycan, Bakı:
– Şıxəli Qurbanov küçəsi 2/15
Telefon nömrələri: 504402007 994+   / 515772760 994+



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir