Search
656880_489136

Bəzi ipoteka layihələri yenidən qiymətləndiriləcək

Azərbaycan Beynəlxalq Bankı öz ipoteka proqramı çərçivəsində layihələri yenidən qiymətləndirəcək.
Bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, hazırki ipoteka layihələri səmərəlilik baxımından onların yenidən qiymətləndirilməsindən sonra bərpa edilə bilər.
“Hal-hazırda biz 20 illik ipoteka verilişini nəzərdə tutan layihələri yenidən qiymətləndiririk, ona görə də bu layihələr çərçivəsində mənzillərin alınmasının maliyyələşdirilməsi dayandırılıb. Proses yekunlaşdıqdan sonra biz bank üçün daha əlverişli şətlərlə layihələri bərpa edə bilərik”.
Qeyd edək ki, Beynəlxalq Bank Kristal Abşeron, Bakı Ağ Şəhər, Renessanse Palace, Yeni Həyat və digər tikinti şirkətləri ilə əməkdaşlıq edir.
Trend



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir