Search
Joint_Leasing_logo_Album_210512

Azərbaycan bankı Britaniyanın lizinq şirkətini aldı

Azərbaycan Beynəlxalq Bankı (ABB) Böyük Britaniyanın “DH Leasing Limited” şirkətindən “Joint Leasing” ASC-nin səhmlərinin 52,4 faizini alaraq ASC-nin 100 faizlik sahibi olub.

“Joint Leasing”in baş direktoru Elçin Əhmədov Trend-ə deyib ki, ABB-nin böyük resurs bazası və imkanları nəzərə alınmaqla lizinq şirkətinin səhmlərinin 100 faizinin banka qaytarılması ASC-nin gələcək inkişafına xidmət edir.

Bundan başqa, lizinq şirkətinin Müşahidə Şurasının tərkibi tam dəyişdirilib. Onun sədri ABB-nin Struktur bölmələrlə iş departamentinin direktoru Fərid Həşimov olub.

Şuranın tərkibinə, həmçinin bankın Risklərin idarə edilməsi departamentinin direktoru Məzahir Dadaşov və ABB-nin Mühasibatlıq və büdcə departamentinin direktoru Anar Nağıyev daxil olub.

trend




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir