Search
IMG_6460

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması: Azərbaycan-Almaniya əməkdaşlığı” mövzusunda III Beynəlxalq Forum keçirilib

IMG_6414Noyabrın 23-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması: Azərbaycan-Almaniya əməkdaşlığı” mövzusunda III Beynəlxalq Forum keçirilib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniya Federativ Respublikasının İqtisadiyyat və Enerji Nazirliyinin “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (GİZ), eləcə də 2009-2016-cı illərdə Almaniyada “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursu keçmiş 100-dən çox sahibkar və menecerlər iştirak edib.IMG_6417

Forumda çıxış edən İqtisadiyyat Nazirliyi aparatının rəhbəri Samir Vəliyev və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin idarə rəisinin müavini Andreas Oberşteller Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumlarına uyğun olaraq, 2009-cu ildən başlayaraq Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nı həyata keçirir. Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar. Çıxışlarda həmçinin, Proqramın davam etdirilməsinin Azərbaycan gənclərinin menecment sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, iş adamları arasında əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli olduğu diqqətə çatdırılıb.

Almaniyanın ölkəmizdəki səfiri Michael Kindsgrab Almaniya- Azərbaycan iqtisadi əlaqələri və inkişaf perspektivləri barədə məlumat verib, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın əlaqələrin inkişafında rolunu qeyd edib.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, GİZ-in layihələr üzrə rəhbəri Ronald Şulz və digərləri isə çıxışlarında “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” və ixtisasartırma kurslarının uğurlu nəticələri barədə məlumat veriblər. Qeyd edilib ki, Proqram icra olunduğu müddət ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 299 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində təlim, Berlin, Bonn və s. şəhərlərindəki müəssisələrdə təcrübə keçiblər. Bununla yanaşı, Proqram çərçivəsində Almaniyanın müvafiq şirkətləri ilə yeni işgüzar əlaqələr yaradılıb və biznes müqavilələri imzalanıb.

Tədbirdə çıxış edən sahibkarlar və gənc menecerlər “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kurslarında əldə etdikləri nəticələr, yaradılmış işgüzar əlaqələr və biznes müqavilələri barədə məlumat verib, ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir