Search
427392_479192

Azərbaycanda turizm bazarı açılır – İLK DƏFƏ

Azərbaycanda ilk dəfə olaraq İsmayıllı rayonunda turizm bazarı təşkil ediləcək. Bu barədə İsmayıllı rayon Turizm İnformasiya Şöbəsinin müdiri Səbuhi Süleymanov məlumat verib. Bildirib ki, turizm bazarının açılış mərasimi iyunun 15-də baş tutacaq. Artıq hazırlıq işləri tamamlanmaq üzrədir. S.Süleymanovun sözlərinə görə, bazarda 7 adda köşkün quraşdırılması nəzərdə tutulur. Bunlardan 2-sində İsmayıllı rayonunun tarixinə aid materialları və Tarix Diyarşünaslıq muzeyinin daşınar əşyaları nümayiş etdiriləcək.

Digər köşkdə rayonun turizm potensialı göstərən materiallar, video və fotolar yer alacaq. Kitabxana bölməsində isə İsmayıllıya həsr olunan kitab lar və digər çap məhsullar turistlərə təqdim ediləcək. Basqal və Lahıcın ənənələrinə isə ayrıca köşklər həsr edilib. Burada həmin kəndlərə məxsus qədim sənətkarlıq nümunələri satışa çıxarılacaq. Eyni zamanda Basqal və Lahıcdakı turizm məkanları, qonaqlama imkanları və xidmərləri təqdim ediləcək. Sonuncu köşkdə isə xalçalar nümayiş ediləcək. Eyni zamanda rayon sakinləri həmin əl işlərini bu bazarda satmaq imkanı qazanacaqlar.

S.Süleymanov əlavə edib ki, ilk dəfə keçirilən turizm bazarında hər axşam mill musiqi, folklor nümunələrindən ibarət konsert proqramları təqdim ediləcək. Çay evində isə Lahıca və Basqala aid halva və şirniyyatların da yer aldığı çay süfrəsi təşkil ediləcək.

Turizm bazarında yerli sakinlərlə yanaşı əcnəbi turistlərin də maraq göstərəcəyi proqnozlaşdırılır. Bazar turizm mövsümünün sonuna- sentyabrın 1-dək davam edəcək.

Bu pilot layihə Azərbaycanın turizm imkanlarının inkişafına xidmət edəcək . Gələn il belə turist bazarlarının Şəkidə və Oğuzda da təşkil edilməsi gözlənilir.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir