Search
11828

Azərbaycanda mikromaliyyələşmə İtaliya modelinə keçə bilər

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı oktyabrın 6-da İtaliya Milli Mikrokredit Agentliyinin sədri Mario Baccininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Palatadan daxil olmuş məlumata görə, görüşdə Azərbaycanla İtaliya arasında mikrokreditləşmə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Mikrokreditlərin verilməsi üzrə İtaliya modelindən söz açan cənab Baccini mikromaliyyələşmənin kiçik sahibkarlığın inkişafına ciddi dəstək olduğunu vurğulayıb. Görüşdə bu modelin Azərbaycanda tətbiqi məsələləri müzakirə edilib.

Ölkənin maliyyə sektorunda stabilliyin təmin olunması, eləcə də əhalinin və investorların hüquqlarının qorunması istiqamətində Palatanın gördüyü işlərdən bəhs edən Direktorlar Şurasının sədri Rüfət Aslanlı hökumətin yeni iqtisadi model üzərində çalışdığını və kiçik sahibkarlığın inkişafının önəmli istiqamətlərdən biri kimi nəzərdə tutulduğunu bildirdi. Onun sözlərinə görə İtaliyanın mikrokreditləşmə təcrübəsi ölkəmiz üçün maraqlıdır və dərindən öyrəniləcək.

Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir