Ana Səhifə Manşet Azərbaycanda daha 11 bank dövlət xətti ilə ipoteka krediti verəcək
Azərbaycanda daha 11 bank dövlət xətti ilə ipoteka krediti verəcək
Bank NewsDek 01, 2016Manşet, Xəbərlər
“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) müvəkkil banklarının sayı artırılaraq 8-dən 19-a çatdırılıb.
Daha 11 bank – “AFB Bank”, “Nikoil Bank”, “Unibank”, “Bank Respublika”, “Turanbank”, “Caspian Development Bank”, “Expressbank”, “Silkway Bank”, “Rabitəbank”, “Bank VTB (Azerbaijan)” ASC-lər və “YapıKredi Bank (Azerbaijan)” QSC dövlət xətti ilə ipoteka krediti verəcək.
Həmçinin 8 bank – “AGBank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “Bank BTB”, “Xalq Bank”, “Kapital Bank”, “NBC Bank” və “PAŞA Bank” ASC-lər də AİF-in müvəkkil kredit təşkilatları olaraq qalır.
Bundan başqa, Fondun müvəkkil sığorta şirkətlərinin də sayı artırılıb. Daha 11 sığortaçı – “Atəşgah Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Azsığorta”, “Xalq Sığorta”, “Atasığorta”, “Bakı Sığorta, “AXA MBask”, “A-Qroup Sığorta”, “Rəvan Sığorta”, “Azərsığorta” və “Silkway Insurance” ASC-lər borcalanın həyatını və ipoteka predmeti olan daşınmaz əmlakı sığortalaya biləcək.
Həmçinin 4 sığorta şirkəti – “Qala Həyat Sığorta”, “Qala Sığorta”, “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” ASC-lər də AİF-in müvəkkil sığorta şirkətləri olaraq qalır.
Fondun müvəkkil qiymətləndirici şirkətlərinin sayı isə dəyişməyib. Hazırda müvəkkil banklar ipoteka kreditləşməsi yolu ilə əldə edilən əmlakın qiymətləndirilməsini yalnız “Biləndər” firmasına və “MBA Ltd.” MMC-yə həvalə edə bilərlər.
Report