Search
905909_485061

Azərbaycanda bankomatların sayı artıb, POS-terminalların sayı azalıb

Bu il sentyabrın 1-nə Azərbaycanda bankomatların ümumi sayı 2 546 olub.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, avqustun 1-i ilə müqayisədə 11 ədəd çoxdur.
Yeni bankomatların 5-i Bakıda, 6-sı isə regionlarda quraşdırılıb.
İlin əvvəlinə nisbətən bankomatların sayı 148 ədəd, illik müqayisədə isə 156 ədəd azalıb.
Avqustda bankomatların sayında artım baş versə də, POS-terminalların sayında azalma qeydə alınıb. Belə ki, sentyabrın 1-nə ölkədə 70 318 POS-terminal olub. Bu, avqustun 1-nə nisbətən 174 ədəd azdır.
POS-terminalların sayı paytaxtda 139 ədəd, regionlarda 35 ədəd azalıb. Ötən ilin sonu ilə müqayisədə POS-terminalların sayı 9 983 ədəd, son bir ildə isə 7 595 ədəd azalma olub.
FaktXəbər



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir