Search
496201_487631

Azərbaycana avtomobil idxalı 6 dəfə azalıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 4 349 ədəd avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 19 870 ədəd avtomobil və ya 5,57 dəfə azalıb.
Ölkəyə gətirilən avtomobillərin 75 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 775 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 419 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 80 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir