Search
563414_485564

Azərbaycan Beynəlxalq sığorta şirkəti fəaliyyətini dayandırır

Azərbaycan Beynəlxalq sığorta şirkəti fəaliyyətini dayandırır.
Bu barədə şirkətin təsisçisi və 100% səhmdarı olan Beynəlxalq Bankdan məlumat verilib.
Sığorta şirkətinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar bu gun səhmdarların növbədənkənar iclasında qəbul edilib.
Bankın İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, şirkətin bağlanmasına səbəb onun maliyyə göstəricilərinin aşağı olmasıdır.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq sığorta şirkəti 32 növ üzrə sığorta xidməti göstərirdi.
Trend



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir