Search
666465_486623

“Azəravtoyol” bir ilkə imza atdı – VİDEO

Ölkə rəhbərliyinin 2016-cı ilin 4 may tarixli 2029 nömrəli Sərəncamına əsasən Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir.
Avtomobil yolu uzun müddət təmir olunmadığı üçün, xüsusən də ağır çəkili yük maşınlarının intensiv hərəkəti nəticəsində sözügedən yolun hərəkət hissəsində bir çox yerlərdə qabarma və çökmə deformasiyaları əmələ gəldiyindən, həmin yolda avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Xudat-Yalama-Zuxuloba avtomobil yolunda müasir yol infrastrukturu yaradılmaqla bu problemlər köklü surədə öz həllini tapmışdır.
Videoda maraqlı məqam diqqətimizi çəkib. Belə ki, yolun mərkəzində bitən ağacın qorunması məqsədiylə “Azəravtoyol” hərəkət istiqamətini deyişərək ökəmizdə bir ilkə imza atıb.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir