Search
thumb_20160203103551166

Azərbaycanda yeni kənd təsərrüfatı müəssisəsi yaradılıb

Kənd Təsərrüfatı Nazirliyi “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin yaradıldığını elan edib. Vergilər Nazirliyinə istinadən verilən məlumata görə, yeni müəssisə Beyləqan rayonundakı “Xətai adına südlük-maldarlıq üzrə damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsi” və “Dostluq qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC-lərin birləşdirilməsi əsasında yaradılıb.

Bununla əlaqədar, yuxarıda adları qeyd edilən MMC-lərin kreditorları və digər hüquqi və fiziki şəxslərə olan borcları barədə Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Ləvğetmə Komissiyasına iki ay ərzində müraciət etmələri xahiş olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir