Search
970159_490168

Azərbaycanda üç Turizm İnformasiya mərkəzi yaradılıb

Qəbələ Turizm İnformasiya Mərkəzi, İsmayıllı Turizm İnformasiya Mərkəzi və Bərdə Turizm İnformasiya Mərkəzi yaradılacaq.
Bu, Nazirlər Kabinetinin “Qəbələ, İsmayıllı və Bərdə Turizm İnformasiya mərkəzlərinin yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun  tarixli 196 nömrəli qərarı ilə təsdiq  edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi barədə”  qərarında əksini tapıb.
Mədəniyyət və Turizm Nazirliyinə yaradılan Turizm İnformasiya mərkəzlərinin saxlanılması xərclərini hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində həmin nazirlik üçün nəzərdə tutulmuş müvafiq vəsait dairəsində həyata keçirmək tapşırılıb. Turizm İnformasiya mərkəzləri “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda “Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinə daxil edilib.
APA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir