392531_488069

Azərbaycanda Gənclər kanalı yaradılır

Azərbaycanda televiziya sahəsində Gənclər kanalı yaradılacaq.
Bu öz əksini “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsində tapıb.
Layihənin “4.5.8. Gənclər siyasətinin əsas istiqamətləri” adlanan fəslində bildirilir ki, Azərbaycanda İnternet televiziyası məkanında Gənclər kanalının yaradılması nəzərdə tutulur.
Layihəyə görə, “e-gənclik” elektron xidmət və informasiya portalı resursu yaradılacaq.
“Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” artıq Milli Məclisə təqdim olunub  və parlamentin qarşıdan gələn plenar iclasında müzakirə olunacaq.
FaktXəbər



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir